Hərbçimiz faciəvi şəkildə öldü -
FOTO / YENİLƏNİB
Salyanda ağır yol-nəqliyyat hadisəsində həlak olan şəxslə bağlı maraqlı detal ortaya çıxıb.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ələt-Astara magistralının Kür çayı üzərindən keçən hissəsində "Lada Priora" markalı avtomobilin qəzaya uğraması nəticəsində həlak olan Neftçala rayon Xıllı kənd sakini 37 yaşlı Zeyqəm Kamil oğlu İbrahimov daha əvvəl sabiq korpus komandiri, general-leytenant Mais Bərxudarovun sürücüsü kimi də xidmət edib.
12:09
Neftçala rayon sakini yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, rayonun Xıllı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Zeyqəm Kamil oğlu İbrahimovun idarə etdiyi "Lada Priora" markalı minik avtomobili avtobusla toqquşub.
Qəza nəticəsində sürücü hadisə yerində həyatını itirib.
Qeyd edək ki, Zeyqəm İbrahimov hərbi qulluqçu olub və Vətən müharibəsində iştirak edib.