Hadisə
Binanın eyvanı uçdu -
Xəsarət alan var
Bakıda yaşayış binasının eyvanı uçub.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, Rəşid Behbudov küçəsində baş verib.
Uçan eyvan binanın qarşısından keçən qadının üzərinə düşüb. Nəticədə qadın xəsarət alıb.