Hadisə

“Azərişıq”ın işçisini cərəyan vurub öldürdü

Metbuat.az

Abşeronda “Azərişıq” ASC-nin işçisinin cərəyan vurması nəticəsində ölüb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbisəndə qeydə alınıb.

    Belə ki, qəsəbə ərazisində elektrik dirəyində “Azərişıq” ASC-nin işçisi Fatmayı kənd sakini 1995-ci il təvəllüdlü Ülvi Bəhrəm oğlu Məcidli cərəyan vurması nəticəsində ölüb.

    Faktla bağlı araşdırma aparılır.