Hadisə

Ağır qəza oldu -

Ölən var

Metbuat.az

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Kənd ərazisində hərəkətdə olan "Ford Transit" avtomobili kənd sakini, 1947-ci il təvəllüdlü Südavər Quliyevanı vurub.

Qadın ağır xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.