Hadisə

Salyanda ağır qəza -

Xəsarət alanlar var

Metbuat.az

Salyan rayonu ərazisində ağır yol qəzası baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki hadisə yeni Ələt-Astara magistral yolunda rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KİA" markalı minik avtomobili qarşıda gedən "KaMAZ" markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində Şirvan şəhər sakinləri - 1967-ci il təvəllüdlü Nuriyeva Gülmira Nuhu qızı, 1993-cü il təvəllüdlü Nuriyev Aqil Abdul oğlu və Bakı şəhər sakini, 2013-cü il təvəllüdlü Əmrahzadə Şəmistan İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlk tibbi yardımdan sonra Ş. Əmrahzadə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.