Sosial
Pensiyalar tam ödənildi -
RƏSMİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Azərbaycan üzrə noyabr ayının pensiya ödənişini yekunlaşdırıb.
Metbuat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə Azərbaycanın bölgələrində yaşayan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.