Hadisə

Lənkəranda poliqonda yanmış meyitlər tapıldı

Metbuat.az

Lənkəranda 2 nəfərin cəsədi tapılıb.

Metbuat.az xəbər verir ki, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.

    Hal-hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Onların kimliyi və hansı şəraitdə öldüyü araşdırılır. İlkin məlumata görə ölənlərin hər ikisi kişi cinsinə mənsubdur.

    Faktla bağlı araşdırma aparılır.