Hadisə

Göygöldə ağır qəza -

Ölənlər var

Metbuat.az

Göygöldə ağır avtomobil qəzası olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.

Hadisə nəticəsində 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və sürücü, 1990-cı il təvəllüdlü Abdi Əhliman Ramiz oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.