Hadisə
Goranboyda avtobus qəzaya düşdü -
FOTO
Goranboyda yol qəzası olub.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, hərəkətdə olan İsuzu markalı mikroavtobusla Opel markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır.