Şou
Burak Özçivit bunu ilk dəfə edəcək -
FOTO
Çəkildiyi serial və bədii filmlərlə böyük pərəstişkar ordusu toplayan Burak Özçivit ilk dəfə səhnəyə çıxacaq. O, “İstanbulun ən gözəl qızı” adlı təknəfərlik tamaşada çıxış edəcək.
Metbuat.az xəbər verir ki, rejissoru Çağrı Şensoy, ssenari müəllifi Levent Tülek olan tamaşada Özçivit avtomobil ustası "Oki" obrazını canlandıracaq.
“İstanbulun ən gözəl qızı” həyatını bu şəhərə, atasına, ürəyindəki ən qiymətli qadına həsr edən Oktayın (Oki) hekayəsindən bəhs edir.
Tamaşa şəhərin xaosunda çiçək açan saf sevgidən, artan ehtiras və qısqanclıqdan bəhs edir.