Hadisə

Bakıda uşaq pəncərədən yıxıldı

Metbuat.az

Bakıda pəncərədən yıxılan 3 yaşlı uşaq xəstəxanaya yerləşdirilib.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

    Məlumata görə, Qaraçuxur qəsəbə sakini 2022-ci il təvəllüdlü H.Ə. yaşadığı evin 2-ci mərtəbəsindəki pəncərəsindən yıxılıb.

    Xəstəxanaya yerləşdirilən H.Ə.-nin vəziyyəti orta-ağırdır.

    Faktla bağlı araşdırma aparılır.