Hadisə

Ağır qəza oldu -

Xəsarət alan var

Metbuat.az

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə rayon xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.