Hadisə

Ağır qəza oldu -

Xəsarət alanlar var

Metbuat.az

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

    Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.