Hadisə

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu

Metbuat.az

Noyabrın 16-da saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşərək xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Metbuat.az xəbər verir ki, pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.