Sosial
Qaçqınlar üzrə İctimai Şuranın yeni tərkibi ilk iclasını keçirib
Oktyabrın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni seçilən 11 nəfərdən ibarət tərkibdə ilk iclası keçirilib.
Metbuat.az xəbər verir ki, bu barədə Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
İlk toplantıda təşkilati məsələlərə baxılıb və Anar Xəlilov yenidən İctimai Şuranın sədri, Səbuhi Hüseynov sədr müavini, Həcər Əkbərova isə katib seçiliblər. Sonra şura üzvlərinin komitə rəhbərliyi ilə görüşü olub.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev şuranın yeni tərkibində fəaliyyət göstərəcək vətəndaş cəmiyyəti nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb.