Gündəm

Bu ölkələr Qəzza sazişinin icrasına nəzarət edəcək

Metbuat.az

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin ABŞ, Qətər və Misirlə birlikdə Qəzza zolağında atəşkəs razılaşmasının icrasına nəzarət edəcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Türkiyə bu ölkələrlə birlikdə vasitəçilik səylərini davam etdirəcək dövlətlərdən ibarət işçi qrupuna qoşulacaq. Hazırda qrupun əvvəlcədən müəyyən edilmiş öhdəlikləri yoxdur.

O əlavə edib ki, müqavilənin icrası zamanı problemlər yaranarsa, qrup praktiki həll yollarını tapmaq üçün müdaxilə edəcək.