Sosial

Pensiyaların ödənişi ilə bağlı

AÇIQLAMA

Metbuat.az

Pensiyaların ödənişi ilə bağlı daha konkret vaxt cədvəlinin hazırlanması təklif edilib.

Metbuat.az xəbər verir ki, bu təkliflə deputat Vüqar Bayramov çıxış edib. O bildirib ki, bəzən pensiyaçıların kredit və digər ödənişləri vaxtında etməsi üçün pensiyaların eyni tarixdə ödənilməsi vacibdir:

“Bu addım borcların gecikməsinin qarşısını alar və insanların sosial xərclərini planlaşdırmasını asanlaşdırar. Mövcud texnoloji imkanlar təkmilləşdirilərsə, pensiyalar paytaxt və bölgələr üzrə fərqli vaxtlarda deyil, eyni tarixdə tam şəkildə ödənilə bilər”, – deyə o qeyd edib.

Qeyd edək ki, hazırda pensiyalar ayın əvvəlində Bakı, Sumqayıt və Abşeronda, ayın sonunda isə digər bölgələrdə ödənilir.