Hadisə

"ASAN xidmət"də faciə:

4 yaşlı uşaq yıxılaraq öldü

Metbuat.az

Bu gün səhər saatlarında 4 yaşlı Həbibova Mələk Nicat qızı Şəki "ASAN Xidmət" mərkəzinin ikinci mərtəbəsindən yıxılıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.