Maraqlı

Xəyanəti vərdişə çevirən 5 bürc

Metbuat.az

Astroloqlar illərdir bürclərin insan davranışlarına təsirini araşdırır. Son dövrlərdə aparılan sorğular və statistikalar göstərir ki, bəzi bürclər digərlərinə nisbətən münasibətlərdə daha çox xəyanət etməyə meyllidir. Səbəblər isə müxtəlifdir: bəziləri emosional sabitlik axtarır, digərləri isə sadəcə macəra sevərlikləri ilə seçilirlər

Metbuat.az xəbər verir ki, araşdırmalara görə ən çox xəyanət edən 5 bürc bunlardır:

Əqrəb – Ehtiraslı və sirli olduqları qədər də riskli ola bilərlər. Emosiyalarını gizlətsələr də, gizli münasibətlərə meyillidirlər.

Əkizlər – Dəyişkən təbiətləri ilə tanınan bu bürc sahibləri tez darıxırlar və yeni təcrübələrə açıqdırlar.

Oxatan – Azadlığına düşkün olan Oxatanlar bəzən münasibətlərdə özlərini sıxılmış hiss edib yeni axtarışlara çıxırlar.

Dolça – Ağıllı və azadfikirli Dolçalar üçün emosional bağlılıqdan çox intellektual uyğunluq önəmlidir.

Qoç – Cəsur və impulsiv olduqları üçün bəzən nəticələrini düşünmədən hərəkət edə bilirlər.