Şou
"Röya nə deyirsə, mənə xoşdur" -
Salayev
Xəbər verdiyimiz kimi “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq artisti Röya Ayxanın Kann Film Festivalına qatılmasına münasibət bildirib. Bundan sonra Röya Ayxan isə instaqram hesabında video yayaraq A.Salayevin ünvanına sərt sözlər deyib.
Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı Manset.az-a açıqlamasında Ayaz Salayev Röya Ayxana hörmətlə yanaşdığını bildirib:
“Mən artıq Röya ilə bağlı heç nə deməyəcəm. Röya çox gözəl qadındır. Mənim onunla problemim yoxdur. Onun “mən öyrəşmişəm ölənləri diriltməyə, amma siz elə ölü qalın” deməsi qətiyyən mənə heç təsir etmədi. Nə istəyirsə, qoy desin. Mənə xoşdur”.