Sosial

Azərbaycan İrandan nar idxalını artırdı

Metbuat.az

Azərbaycan bu ilin birinci rübündə 59.54 ton nar idxal edib.

Metbuat.az xəbər verir ki, bu ötən ilin uyğun dövrü ilə müqayisədə 10 dəfədən çoxdur. 2024-cü ilin birinci rübündə bu göstərici 5.59 ton olub.

Azərbaycan narı Rusiya (28.14 ton), İran (10.73 ton) və Türkiyədən (20.66 ton) idxal edib.

Türkiyədən idxal 4 dəfə, İrandan isə 19 dəfə artıb.