Maraqlı
“Avroviziya-2025”in qalibi bu ölkə oldu
Avstriya “Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi olub.
Metbuat.az verir ki, Avstriya təmsilçisi - JJ (Yohannes Piç) "Wasted Love" mahnısı ilə qalib gəlib.
İkinci yeri İsrail, üçüncü yeri Estoniya təmsilçisi tutub.
23:54
“Avroviziya-2025” mahnı müsabiqəsinin finalı başlayıb.
Metbuat.az xəbər verir ki, finalda aşağıdakı ölkələr mübarizə aparır: Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya, Ukrayna, Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta, Yunanıstan.
Qeyd edək ki, müsabiqədə Azərbaycan “Mamagama” qrupunun “Run with U” mahnısı ilə təmsil olunub və ilk yarımfinal mərhələsində mübarizəni dayandırıb.