Sosial
Gəncənin əsas prospekti nə vaxt asfaltlanacaq? -
VİDEO
Gəncə şəhərində qazılan yol avtomobillərin hərəkətinə maneə törədir.
Metbuat.az-ın məlumatına görə, Gəncə şəhər, Heydər Əliyev prospekti 79,85 ünvanında elektrik xətlərinin tənzimlənməsi məqsədilə yer qazılıb. Daha sonra həmin hissə torpaqla örtülüb. Lakin asfalt tam bərpa olunmayıb.
Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, yaxın 10 gün ərzində yolun asfalt örtüyünün bərpasına başlanılacaq.
Sevinc İbrahimzadə / Metbuat.az