Sosial

Pensiya artımı ilə bağlı vacib məlumat

Metbuat.az

Gələn ay bütün pensiyalar artırılmış formada ödəniləcək.

Metbuat.az xəbər verir ki, bu artımlar iki istiqamətdə həyata keçiriləcək.

Birincisi, ilin əvvəlindən hesablanmaqla pensiyaların indeksləşdirilərək artırılması; ikincisi isə fevralın 1-nə 320 manatdan aşağı olan pensiyaların həmin tarixdən etibarən 320 manata çatdırılmasıdır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.