Hadisə

Rusiya tərəfdən döyüşən azərbaycanlı Ukraynada öldürüldü

Metbuat.az

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub.

Metbuat.az-ın "Unikal"a istinadən məlumatına görə, Masallı rayonunun Böyuk Kolatan kəndində anadan olan və Rusiya Federasiyası vətəndaşı Rzayev Zahid Kamran oğlu Rusiya-Ukrayna müharibəsində gedən döyüşlərdə həlak olub.

Onun nəşi doğulduğu Böyük Kolatan kəndinə dəfn olunacaq.

Mərhum ailəli olub, bir övladı var.