Hadisə

​Hacıqabul sakinini avtomobil vurub öldürdü

Metbuat.az

Hacıqabul rayonu ərazisində avtomobil piyadanı vuraraq öldürüb.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, hadisə saat 19 radələrində Bakı-Qazax avtomobil yolunun rayonun Nəvahi kəndi ərazisində qeydə alınıb.

Avtomobil tərəfindən vurulan 1949-cu il təvəllüdlü Tahir Hüseynov ölüb.

Faktla bağlı araşdırma aparılır.