Hadisə

​Bakıda məktəblini maşın vurdu

Metbuat.az

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Abbasov Yusif Cabir oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.