Hadisə

İlk dərs günü məktəbli bıçaqlandı

Metbuat.az

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 11-ci sinif şagirdi Musayev Ramal Röyal oğlu şagird yoldaşı Həsənəliyev Arif Elsevər oğluna bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.