Hadisə

Sumqayıtda 5 yaşlı uşaq faciəvi şəkildə öldü -

FOTO

Metbuat.az

Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində, "Kristal Abşeron" yaşayış kompleksindəki mənzillərdən birində baş verib. Həmin binada yaşayan 5 yaşlı uşaq binanın yuxarı mərtəbələrindəki mənzillərdən birindən yıxılıb. Hadisə nəticəsində azyaşlı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.