Sosial

Bu qədər şəxs müavinət və təqaüd alıb

Metbuat.az

2024-cü ilin may ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 848 min nəfərdən çox olub.

Bu barədə Metbuat.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

    Bildirilib ki, onların 451 min nəfərdən çoxunu aylıq sosial müavinət, 396 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.