Sosial

Bu prospektdə hərəkət məhdudlaşdırıldı

Metbuat.az

Xətai rayonu, Babək prospekti, “Maşın bazarı”nın yaxınlığında yolda aidiyyəti qurum tərəfindən təmir işləri aparılır.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

    Qeyd olunub ki, bu səbəbdən də Məhəmməd Hadi küçəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.