Şou

“Şirin” geri qayıdır -

FOTO

Metbuat.az

Aktyor Nicat Rəhimov məşhur “Şirin” obrazı ilə yenidən izləyici qarşısına çıxacaq.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, o, bu dəfə sözügedən obrazın serialına çəkiləcək. Treyleri təqdim olunan layihə “Şirin” adlanır.

Rəhimov bu barədə sosial media hesabında paylaşım edib: “İllərdir sevilən və hamının darıxdığı “Şirin” geri qayıdır. Tam fərqli və rəngarəng formatda. Gözünüzü yeni “Şirin” serialından çəkə bilməyəcəksiniz”.

Qeyd edək ki, ekran işi Xəzər TV-də yayımlanacaq.

Onu da xatırladaq ki, sözügedən obraz ilk dəfə “Bozbash Pictures” layihəsində yaradılıb.