Sosial

Ötən il 1 yaşadək ölən uşaqların sayı

açıqlandı

Metbuat.az

2023-cü ildə Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına əsasən Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, 2023-cü ildə ölkə üzrə 1 yaşadək ölən uşaqların sayı 2039 nəfər olub.

    Onların 1146 nəfərini oğlan, 893 nəfərini isə qız uşaqları təşkil edib.