Hadisə
Azərbaycanda fəhlələri daşıyan avtobus qəzaya düşdü -
Yaralılar var
Goranboyda ağır qəza olub.
Metbuat.az xəbər verir ki, rayonun İrəvanlı kəndində hərəkətdə olan "QAZel" markalı mikroavtobusla “Niva” markalı minik maşını toqquşub.
Qəza nəticəsində bir neçə nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
İlkin məlumata görə, mikroavtobusdakı sərnişinlər fəhlələr olub.