Sosial

2024-cü ildə orta aylıq əməkhaqqı

bu qədər olacaq

Metbuat.az

Azərbaycanda bu il orta aylıq əməkhaqqının 990,0 manat olması proqnozlaşdırılır.

Metbuat.az xəbər verir ki, bu, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə dair izahatda bildirilib.

    Qeyd edilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980,0 manat göstərilmiş, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990,0 manat olması proqnozlaşdırılır.