Qarabağ

İşğaldan azad edilmiş ərazilərdə bu qədər torpaq sahəsi

icarəyə verilib

Metbuat.az

İşğaldan azad edilmiş ərazilərdə 470,4 ha torpaq sahəsi icarəyə verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən 297,2 ha torpaq sahəsinin icarəyə verilməsinə razılıq bildirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 5 iş daxil olub.

Əvvəlki dövrlərdə daxil olmuş işlər də nəzərə alınmaqla 470,4 ha torpaq sahəsi üzrə 6 işə razılıq verilib.