Hadisə

Azərbaycanda əməliyyat olunan uşaq xəstəxanada öldü

Metbuat.az

Göyçayda 7 yaşlı epilepsiya xəstəsi ölüb.

Metbuat.az-ın məlumatına görə, hadisə rayonun Bığır kəndində baş verib.

2017-ci il təvəllüdlü, anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən Cəlilli Vasif Anar oğlu evlərində yıxılaraq baş nayihəsindən xəsarət alıb. Azyaşlı şok vəziyyətində Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 7 yaşlı uşaq cərrahi əməliyyatdan sonra dünyasını dəyişib.

Metbuat.az