Hadisə

18 yaşlı qız faciəvi şəkildə öldü

Metbuat.az

Neftçala rayonunda bədbəxt hadisə baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə şəhərin M. Hadi küçəsində baş verib.

2006-cı il təvəllüdlü İsmayılova Səbinə Ramin qızı yaşadığı evin həyətindəki hamamda çimərkən dəm qazından boğulub ölüb. Yaxınları onun meyitini hamamda aşkar edib.

Faktla bağlı araşdırma aparılır.

Metbuat.az