Mədəniyyət

Nazirlik Gülbahar Şükürlünün vəfatı ilə əlaqədar

nekroloq yaydı

Metbuat.az

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tanınmış qarmon ifaçısı Gülbahar Şükürlünün vəfatı ilə bağlı nekroloq yayıb.

Metbuat.az xəbər verir ki, nekroloqda deyilir:

“Əməkdar artist, tanınmış qarmon ifaçısı, Gülbahar Şükürlü vəfat edib.

Mədəniyyət Nazirliyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”