Şou

Əməkdar artistdə xərçəng tapıldı -

Səsini qismən itirdi

Metbuat.az

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovda xərçəng xəstəliyi aşkarlanıb və bu yaxınlarda əməliyyat olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Kult.az-a sənətkarın dostlarından olan prodüser Vasif Ayan məlumat verib.

O bildirib ki, aktyorun qalxanabənzər vəzisi inkişaf edib, limfa düyünləri yaranıb:

“Nəticədə xərçəng xəstəliyinə tutulan sənətkar təcili əməliyyat olunub. Səs telləri zədələndiyinə görə də səsini qismən itirib. Hazırda həkim nəzarəti altında saxlanılır”.