Qarabağ

Ötən həftə aşkarlanan minaların sayı

açıqlandı

Metbuat.az

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik (11 dekabr - 17 dekabr) məlumatında deyilir.

Məlumata görə, ötən həftə 17 tank əleyhinə mina, 22 piyada əleyhinə mina, 234 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 326.6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.