Mədəniyyət

Dünyaca məşhur Toto Kutunyo

vəfat etdi

Metbuat.az

Dünyaca məşhur italyan müğənni Toto Kutunyo vəfat edib.

Metbuat.az "ANSA" agentliyinə istinadən bildirir ki, İtaliya estradasının ulduzu 80 yaşında dünyasını dəyişib.

Milandakı San-Raffaelle klinikasında müalicə alan müğənni-bəstəkarın meneceri Danilo onun uzun sürən xəstəlikdən sonra müğənninin səhhətində son aylar daha da pisləşmə müşahidə olunduğunu deyib.