Qarabağ

Azad olunmuş ərazilərdə daha 250 mina

aşkarlanıb

Metbuat.az

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (07.08.2023 - 12.08.2023) açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib. Bildirilib ki, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 185 piyada əleyhinə mina, 65 tank əleyhinə mina, 35 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 392,12 hektar ərazi mina və PHS-lərdən təmizlənib.