Ölkə
Zaqatalada itkin düşən yerli turistlərin adları
MƏLUM OLDU
Zaqatalada itkin düşən yerli turistlərin adları məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Metbuat.az-a bildirib ki, onlar Bakı şəhər sakinləri Əli Əlizadə və Əbdül Rzayevdir.
Onların olduqları yer artıq müəyyən olunub.
Hazırda həmin şəxslərin təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.