Ölkə

Zərdabda minik maşını traktorla toqquşub, bir nəfər ölüb

Metbuat.az

Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Zərdab-Mollakənd-Kürdəmir yolu Kürdəmir istiqamətində hərəkətdə olan traktor minik maşını ilə toqquşub.

Nəticədə minik maşınının sürücüsü hadisə yerində ölub. Hazırda ölən sürücünün şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az