Şou
Xalq artisti QIZINI DÖYDÜ - VİDEO
ARB TV-nin “Canım Sizə desin” verilişinin növbəti qonağı
Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova
olub.
Publika.az xəbər verir ki, ifaçı atasının onu
döyməsindən danışıb:
“Atam hər zaman çox pozitiv, zəhimli, yerini bilən biridir. Adam
deyir ki, Rafael müəllim zarafat da edə bilir? Amma onun
pərdəarxasını heç kim bilmirdi. Yumor hissi olan bir insandır. Bir
də görürsən evdə atamla şeirlə danışırıq. Atam məni döyüb, əccəb də
edib. Çünki müəyyən şeylərdə səhvim olub. Mən dalaşqan olmuşam.
Atama gəlib şikayət ediblər ki, qızın filankəsi döyüb. Səhvim də
olsa o məktəbdə olub. Amma ki, çox vaxt da onun bunun badına
döyülmüşəm”.