Şou

“Varlı olmaq istəmirəm” – Elməddin

Metbuat.az

"Varlı olmaq istəmirəm. Zəngin olmaq istəyirəm. Buna səbr, ağırlığı öz üstünə götürmək aiddir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Gündən genə" verilişində deyib. Aktyor bildirib ki, "Bacanaqlar" serialından əldə etdiyi gəliri aktyorlar arasında bölür:

"Gələn bütün qazancı hamı arasında halal bölürəm. Hamı sevgisini və fədakarlığını qoyanda iş alınır. Biz aktyorları düşünürük. Düzdür, Avropadakı, Türkiyədəki kimi ola bilmərik. Amma Azərbaycandakılar arasında ən yaxşısıyıq".

Milli.Az