Hadisə

Tovuzda tikilidə yanğın baş verib

Metbuat.az

Tovuzda yanğın hadisəsi baş verib.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, rayonun Qovlar şəhərində ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları, içərisinə yığılmış rezin qəliblər və yaxınlıqda 6 ədəd şam ağacı yanıb.

Tikiliyə bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ulduz falı - 2 oktyabr - Oxumaq üçün tıkla