Şou
"Maşında siqaret çəkənlər də cərimələnməlidir" - Əməkdar artistdən təklif
Tanınmış müğənni, əməkdar artist Cavanşir Məmmədov "Lider" telekanalında yayımlanan "Çıxış yolu" verilişində avtomobildə siqaret çəkənlər barədə danışıb.
Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, müğənni bildirib ki, avtomobildə siqaret çəkən insanlar cərimələnməlidirlər:
"Maşın sürərkən telefonla danışanda yol polisi cərimə yazır. Eyni cərimə maşında siqaret çəkənlərə də tətbiq edilməlidir. Çünki siqaret də insanın diqqətini yayındırır".
Milli.Az