Maraqlı
Hindistanda 56 nəfər “donuz qripi”ndən öldü
Hindistanın Mumbai şəhərində 12 gün ərzində "donuz qripi"ndən ölənlərin sayı 56-ya çatıb.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, "donuz qripi" kimi tanınan H1N1 virusuna yoluxaraq müalicə altında olan 51 nəfərin vəziyyəti ağırdır.
Cari ilin yanvarından bu yana "donuz qripi"ndən həlak olanların sayının 90-dan çox olduğu deyilir.
Hindistan Səhiyyə Nazirliyi əhalini gigiyenik qaydalara əməl etməyə çağırıb. Nazirlik bir çox bölgədə qabaqlayıcı tədbir kimi mindən çox evi dərmanlayıb.
Milli.Az